RƏSMİ! Yoro “Man Yunayted”də
“Man Yunayted” klubu “Lill” klubundan 62 milyon avroya Leni Yoro transferini rəsmiləşdirdi.
90plus.az xəbər verir ki, 18 yaşlı müdafiəçi ilə 2029-un iyununa kimi müqavilə imzalanıb.
Müqavilədə həmçinin əlavə bonuslar da yer alır.
Qeyd: Fransız müdafiəçi ötən mövsüm "Lill"d 32 oyun keçirib, 2 qolu da var.
Leni Yoro 2024-cü il “Qızıl Oğlan” mükafatını qazanmağa 10 favorit namizəddən biridir, üçü “Man Yunayted” üçün oynayır:
19 yaşlı Kobbi Mainoo
20 yaşlı Alexandro Qarnaço
18 yaşlı Leni Yoro.
© Copyright 2026, All Rights Reserved