Ruben Amorim Levandovskinin transferində maraqlıdır

“Barselona”nın və Polşa millisinin hücumçusu Robert Levandovski karyerasını İngiltərədə davam etdirə bilər.
90plus.az xəbər verir ki, “Liverpul”un baş məşqçisi Ruben Amorim 37 yaşlı forvardın transferində maraqlıdır. Klub rəhbərliyi artıq bu keçidin reallaşa biləcəyinə dair müsbət siqnallar alıb.
Məlumata görə, Levandovski də Amorimin komandasına qoşulmaq variantına “bəli” cavabı verib.
Qeyd: Ulduz hücumçu gələn yay azad agent statusu qazanacaq.
© Copyright 2025, All Rights Reserved