Ruben Amorim rəsmən “Man Yunayted”dən getdi
“Mançester Yunayted” Ruben Amorimin baş məşqçi vəzifəsindən ayrıldığını açıqlayıb.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 2024-cü ilin noyabrında komandanın sükanı arxasına keçmiş, may ayında isə “qırmızı-şeytanlar”ı Bilbaoda keçirilən UEFA Avropa Liqasının finalına çıxarmışdı.
Premyer Liqada 20 oyundan 31 xal və 6-cı yer klub rəhbərliyini dəyişiklik qərarı verməyə vadar edib.
Çərşənbə günü “Börnli”yə qarşı oyunda komandanı Darren Fletcher meydana çıxaracaq.
"Mançester Yunayted"in açıqlaması:
"Ruben 2024-cü ilin noyabrında bu vəzifəyə təyin olunmuş və may ayında komandanı Bilbaoda keçirilən UEFA Avropa Liqasının finalına çıxarmışdı. “Mançester Yunayted” Premyer Liqada 6-cı pillədə qərarlaşdığı üçün klub rəhbərliyi çətin də olsa, dəyişiklik etməyin doğru vaxt olduğuna qərar verib.
Bu addım komandanın Premyer Liqanı mümkün olan ən yüksək mövqedə başa vurması üçün ən yaxşı imkan yaradacaq. Klub Rubenə verdiyi töhfələrə görə təşəkkür edir və gələcək karyerasında ona uğurlar arzulayır. Darren Fletcher çərşənbə günü “Bernli”yə qarşı oyunda komandanı meydana çıxaracaq".
© Copyright 2026, All Rights Reserved