Ruben Amorim: “Səfərdə daha yaxşı oynamalıyıq”
 
                             
                         
                             
                                "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Premyer Liqanın növbəti turunda "Nottingem Forest"lə keçiriləcək oyun öncəsi komandasının hazırlıqlarından danışıb.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis rəqibin son oyunlarını izlədiyini və çətin qarşılaşma gözlədiyini bildirib:
“Onların son oyununa baxdım. ‘Portu’ ilə matçı, ‘Bornmut’ oyununu izlədim. Üslub oxşardır, amma fərqli xüsusiyyətləri var. Gibbs-White, Anderson və Hudson-Odoi kimi istedadlı futbolçulara sahibdirlər. ‘Brayton’la oyundakı kimi bizə boş sahə verməyəcəklər,” – deyə Amorim qeyd edib.
Amorim həmçinin komandasının səfər oyunlarındakı performansını yaxşılaşdırmalı olduğunu vurğulayıb:
“Biz evdə və səfərdə eyni komanda deyilik. Mühiti necə idarə etməyi öyrənməliyik. Hər top uğrunda mübarizə vacib məqamdır. Səfərdə daha yaxşı oynamalıyıq. Çətin bir oyuna hazırıq.”
Digər tərəfdən, "Nottingem Forest" Premyer Liqada son beş oyunun dördündə məğlub olub. Lakin yeni baş məşqçi Sean Dyche-in rəhbərliyi altında komandanın daha sərt və intizamlı çıxış göstərəcəyi gözlənilir.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved