Ruben Neveş 3 dəfə az maaşla “Real”a razıdır
Ruben Neveşdən “Real Madrid” üçün böyük güzəşt: maaşını 3 dəfə azaltmağa hazırdır.
90plus.az xəbər verir ki, “Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neveş bu qış transfer pəncərəsində “Real Madrid”ə keçmək üçün ciddi addım atmağa hazırdır. Mənbənin məlumatına görə, portuqaliyalı futbolçu Madrid klubuna transfer olunmaq naminə Səudiyyə Ərəbistanında qazandığı maaşın üçdə ikisindən imtina etməyə razıdır.
DefensaCentral yazır ki, Neveşin bu qərarı hətta onun agenti Jorje Mendeşi belə təəccübləndirib. Futbolçunun “Real Madrid”də oynamaq istəyi o qədər güclüdür ki, maliyyə məsələlərini ikinci plana keçirməyə hazırdır.
Bununla belə, xəbərdə vurğulanır ki, “Real Madrid” rəhbərliyi bu transferə müsbət yanaşmaya da bilər. Klubun idman strategiyasına görə, Neveş maaşını ciddi şəkildə azaltsa belə, Madrid təmsilçisinin onu transfer etmək niyyəti çox da real görünmür.
Qeyd edək ki, “Real Madrid” qış transfer dövründə daha çox gənc və uzunmüddətli perspektiv vəd edən futbolçulara üstünlük verir. Bu isə Ruben Neveşin arzusunun reallaşmasını çətinləşdirən əsas amillərdən biri hesab olunur.
© Copyright 2026, All Rights Reserved