Rumıniyada borca görə klubun 74 xalı silindi

Rumıniya çempionatının ikinci divizionunda çıxış edən "Mioveni" futbol klubu 74 xaldan məhrum edilib.
90plus.az xəbər verir ki, Rumıniya Futbol Federasiyası klubun keçmiş futbolçulara və məşqçilərə olan borclarına görə "Mioveni"ni bu cəza ilə üz-üzə qoyub.
Hazırda cəmi 8 xalı olan və turnir cədvəlində sonuncu pilləsində qərarlaşan komandanın aktivində indi mənfi 66 xal (-66) var. Bu vəziyyət "Mioveni"nin bütün qalan oyunlarda qələbə qazansa belə, mövsümün sonunda aşağı liqaya düşməsinin qarşısını ala bilməyəcək.
Məlumat: "Mioveni" 2000-ci ildə yaradılıb. 2007/08 mövsümündə ilk dəfə Rumıniya çempionatının yüksək divizionunda çıxış etsə də, yerini qoruya bilməyib. Komanda daha sonra 2011/12, 2021/22 və 2022/23 mövsümlərində də ölkə çempionatının elit dəstəsində mübarizə aparıb. Ötən mövsüm isə ikinci divizionu beşinci pillədə başa vurub.
© Copyright 2025, All Rights Reserved