Rusiya yığmasının sabiq üzvü yarışlardan uzaqlaşdırıldı
Rusiya yığmasının üzvü, 2014-cü ildə keçirilmiş güləş üzrə dünya çempionatının qalibi Xetaq Tsabolov dopinq əleyhinə qaydaları pozduğuna görə altı il müddətinə yarışlardan uzaqlaşdırılıb.
90plus.az xəbər verir ki, idmançı bu qaydanı 2024-cü ilin 4 aprel tarixində pozub.
Qeyd: Tsabolov 2021-ci ildən bəri Serbiya milli komandasının heyətində mübarizə aparır.
Altı illik diskvalifikasiya cəzası isə 2024-cü il iyunun 28-dən etibarən qüvvəyə minəcək.
© Copyright 2025, All Rights Reserved