Ruud van Nistelroy, keçən ay "Mançester Yunayted"dən ayrılmaq məcburiyyətində qalmasının onu dərindən kədərləndirdiyini və məyus etdiyini ifadə edib.
90plus.az xəbər verir ki, hollandiyalı məşqçi, yay aylarında Erik ten Haqın köməkçisi olaraq "Old Trafford"a qayıtmış və ten Haq işdən çıxarıldıqdan sonra dörd oyunda müvəqqəti baş məşqçi kimi çıxış etmişdi.
Lakin Ruben Amorimin "Yunayted"də vəzifəyə gəlməsindən sonra klubdan ayrılmaq məcburiyyətində qalan van Nistelroy, cəmi iki həftə işsiz qaldıqdan sonra "Lester Siti"nin yeni baş məşqçisi olaraq 2027-ci ilə qədər davam edəcək bir müqaviləyə imza atıb.
48 yaşlı keçmiş ulduz, "Yunayted"dəki keçmişi və kluba olan bağlılığı səbəbindən bu ayrılığın onu dərindən təsirləndirdiyini bildirib.
Məyusluğunu gizlətmədi
“Müvəqqəti vəzifəni üzərimə götürəndə demişdim ki, mən buradayam və "Mançester Yunayted"ə kömək etmək üçün çalışacağam” deyən van Nistelroy sözlərinə belə davam edib:
“Bu səbəbdən çox məyus oldum, bəli, həm də həddindən artıq. Ayrılmaq məcburiyyətində qalmaq məni kədərləndirdi. Lakin mən futbolun içindəyəm və belə vəziyyətləri başa düşürəm. Rubenlə bu barədə danışdıq və onun da haqlı olduğunu gördüm. Bu söhbətimiz mənə yeni fürsətlərə diqqət yetirmək üçün motivasiya verdi.”
© Copyright 2025, All Rights Reserved