"Sabah" 2024-cu ildə 27 milyon manat pul qazanıb

“Sabah” Futbol Klubu 2024-cü il üçün büdcəsini açıqlayıb.
90plus.az xəbər verir ki, klubun ötən il üçün gəlirləri 26 milyon 953 min 800 manat təşkil edib.
Sponsorlardan daxilolmalar - reklam gəlirləri 20 milyon 727 min 500 manat, Futbolun İnkişafı Fondundan daxilolmalar 2 milyon 448 min 30 manat, bilet satışından gəlirlər 57 min manat, nümayiş hüququndan daxilolmalar 14 min 200 manat, sair gəlirlər 3 milyon 712 800 manat olub.
Klub tərəfindən əmək haqları və mükafat xərclərinə 14 milyon 56 min 800 manat ayrılıb.
© Copyright 2025, All Rights Reserved