"Sabah" Fransa millisinin üzvünü transfer etdi
Azərbaycan çempionu “Sabah” basketbol klubu heyətinə daha bir legioner cəlb edib.
90plus.az xəbər verir ki, Bakı təmsilçisi Fransa millisinin üzvü Jan-Mark Pens ilə güclənib. 27 yaşlı forvardla 2 illik müqavilə imzalanıb.
Təcrübəli basketbolçunun son komandası Fransanın “Betklik ELITE” liqasında çıxış edən klub olub.
Qeyd: Pens ötən mövsüm Eurobasket.com tərəfindən Fransa liqasının “Ən yaxşı yerli oyunçusu” seçilmişdi.
© Copyright 2025, All Rights Reserved