"Sabah" Mingəçevir təmsilçisinə şans vermədi
Yeni mövsümə hazırlıq prosesini Bakıda davam etdirən “Sabah” komandası bu gün növbəti yoxlama matçını keçirib.
90plus.az xəbər verir ki, “bayquşlar” Masazırda I Liqa təmsilçisi “Mingəçevir” klubu ilə üz-üzə gəlib.
“Bank Respublika Arena”da baş tutan qarşılaşma saat 15:30-da start götürüb.
Matç “Sabah”ın 9:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Qeyd: Paytaxt təmsilçisi bundan əvvəlki sınaq oyununda “Şamaxı” üzərində 2:0 hesablı qələbə qazanmışdı.
© Copyright 2026, All Rights Reserved