"Sabah" Nuriyevlə sağollaşdı - Yeni klubu bəllidir
“Sabah” klubu yarımmüdafiəçi Anatoli Nuriyevlə vidalaşıb.
90plus.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. Bu barədə məlumatı paytaxt təmsilçisinin mətbuat xidməti yayıb.
Nuriyev 2022-ci ildən etibarən “Sabah”ın formasını geyinirdi. O, bu müddət ərzində 118 oyunda meydana çıxıb, 12 dəfə fərqlənib. Futbolçu komanda ilə birlikdə Azərbaycan Premyer Liqasında gümüş və bürünc medal qazanıb, eyni zamanda ölkə kubokunun sahibi olub.
Masazır klubu Anatoli Nuriyevə göstərdiyi xidmətlərə görə minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd: Anatoli Nuriyevin yeni klubu da bəlli olub. O, "Zirə"yə keçib.
© Copyright 2026, All Rights Reserved