"Sabah" son dəqiqə qolu ilə uduzdu
UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.
90plus.az xəbər verir ki, bu gün Azərbaycan klublarından “Sabah” da meydana çıxıb.
2-ci mərhələdə “Petrokub”u (Moldova) mübarizədən kənralaşdıran (2:0, 4:1) təmsilçimiz Bolqarıstanda “Levski”nin qonağı olub. Görüş Masazır təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları:
Levski 1 – 0 Sabah
Rulanov 90+8'
Qol: https://t.me/doxsanplus/105950
Qeyd: Komandalar arasında cavab matçı avqustun 12-də Bakıda "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq.
© Copyright 2025, All Rights Reserved