"Sabah" - "Sumqayıt" oyunu buna görə dayandı

Misli Premyer Liqasının VI turunda baş tutan “Sabah” – “Sumqayıt” qarşılaşmasında texniki fasilə yaşanıb.
90plus.az xəbər verir ki, oyunun 29-cu dəqiqəsində “Bank Respublika Arena”da projektorların işığında nasazlıq baş verib və stadion bir anda qaranlığa qərq olub.
İşıq problemi səbəbilə görüş 20 dəqiqəyə yaxın dayandırılıb. Hadisə baş verən ana qədər “Sabah” komandası 1:0 hesabı ilə öndə idi.
© Copyright 2025, All Rights Reserved