"Sabah"ın rəqibi "Astana" oldu
"Sabah" basketbol komandası yoldaşlıq görüşləri keçirəcək.
90plus.az xəbər verir ki, Azərbaycan çempionu Qazaxıstanın "Astana" kollektivi ilə iki oyunda qarşılaşacaq.
Bakı İdman Sarayında baş tutacaq matçlar aprelin 4-də saat 19:30-da, aprelin 6-da isə saat 15:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved