Sabiq “Barsa” futbolçusu satıcı işləyir
"Barselona" klubunun sabiq futbolçusu Ceremi Matyu vaxtını səmərəli keçirmək üçün Fransada bir mağazada satıcı olaraq işə başlayıb.
90plus.az xəbər verir ki, Matyunun heç bir maddi çətinliyi yoxdur, sadəcə zamanını səmərəli keçirməyə çalışdığı üçün belə bir addım atıb.
Qeyd: Hazırda 41 yaşı olan sabiq fransız müdafiəçi 2020-ci ildə "Sportinq"də futbola vida söyləyib. 2014-17-ci illərdə "Barselona"da oynayıb, 62 matçda iştirak edən müdafiəçi 4 qol da vurub.
© Copyright 2025, All Rights Reserved