Sabiq "Barselona"lı hücumçu karyerasını bitirdi
Pako Alkaser futbolçu karyerasını başa vurdu.
90plus.az xəbər verir ki, ispaniyalı hücumçu Pako Alkaser 32 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu rəsmən açıqlayıb.
Karyerası əsasən İspaniya futbolu ilə bağlı olan sabiq hücumçu son matçını 11 yanvar 2025-ci ildə keçirib. Bundan sonra bir ildən artıq müddət meydanlardan uzaq qalan futbolçu müxtəlif klublardan təkliflər alsa da, sonda karyerasını bitirmək qərarına gəlib.
Pako Alkaser karyerası ərzində “Valensiya”, “Barselona” və “Vilyarreal” kimi klubların formasını geyinib. Təcrübəli hücumçu klub səviyyəsində ümumilikdə 455 oyuna çıxıb və 170 qola imza atıb.
Beləliklə, İspaniya futbolunun tanınmış hücumçularından biri olan Pako Alkaser uzun illər davam edən karyerasını rəsmi şəkildə başa vurub.
© Copyright 2026, All Rights Reserved