Sabiq "Barselona"lı klubundan ayrılır
"Selta" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Oskar Minqesa gələcəyi ilə bağlı qərarını verib.
90plus.az xəbər verir ki, ispaniyalı futbolçu La Liqa təmsilçisindən ayrılmağa qərar verib. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Minqesa klubla yeni müqavilə imzalamayacaq və 26 yaşlı sağ cinah müdafiəçisi yayda azad agent kimi komandadan ayrılacaq.
Qeyd: Oskar Minqesa 2022-ci ilin yayında "Barselona"dan ayrıldıqdan sonra "Selta"ya keçib. İspaniya millisinin üzvü bu mövsüm Viqo klubunun heyətində keçirdiyi 36 rəsmi oyunda 1 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved