Sabiq "Barselona"lılar karyeralarını bitirdilər
“İnter Mayami”nin futbolçuları Jordi Alba və Serxio Buskets peşəkar karyeralarını başa vurmaq qərarı veriblər.
90plus.az xəbər verir ki, hər iki ispan oyunçu aktiv futbolçu karyerasına son qoyub.
Alba və Buskets “İnter Mayami”nin heyətində MLS pley-off finalında “Vankuver”ə (3:1) qarşı çıxış edərək son oyunlarını keçiriblər.
Buskets 2008-2023-cü illərdə “Barselona”da oynayıb, 2023-cü ildən isə ABŞ klubunda çıxış edirdi. Alba isə “Valensiya”, “Ximnastik” və “Barselona”dan sonra 2023-cü ildə “İnter Mayami”yə keçmişdi.
© Copyright 2025, All Rights Reserved