Sabiq "Çelsi"li 45 yaşında dünyasını dəyişib

İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Toni Bedo 45 yaşında dünyasını dəyişib.
90plus.az xəbər verir ki, bu barədə onun keçmiş komandası, 11 il formasını geyindiyi "Torki Yunayted"in media xidməti açıqlama yayıb.
T.Bedonun Londondakı evində, sağlamlıq problemləri səbəbindən vəfat etdiyi bildirilib.
Qeyd: Keçmiş hücumçu "Çelsi"nin aşağı yaş qruplarında çıxış etsə də, əsas komandada oynaya bilməyib. T.Bedo 1995-ci ildə "Torki Yunayted"ə keçərək, fasilələrlə 11 il bu komandanın formasını geyinib. O, bu müddət ərzində "Torki Yunayted"də 374 matçda 65 qol vurub.
© Copyright 2025, All Rights Reserved