Sabiq "Çelsi"li "Arsenal"a yazıldı

90plus.az xəbər verir ki, İngiltərə mətbuatının tanınmış jurnalisti David Ornsteinin məlumatına görə, "Arsenal" klubu ispan qapıçı Kepa Arrisabalaqa ilə razılıq əldə edib və transfer danışıqları artıq son mərhələyə çatıb.
Hazırda transfer rəsmi olaraq tamamlanmasa da, "Arsenal"ın "Çelsi" klubuna məxsus olan Kepanın 5 milyon funt sterlinqlik sərbəst qalma maddəsini aktivləşdirməsi gözlənilir.
Ötən mövsümü icarə əsasında "Bornmut"da keçirən 29 yaşlı qapıçı baş məşqçi Mikel Artetanın yay transfer planlarında əsas fiqurlardan biri sayılır. Arteta qapı xəttində rəqabəti artırmaq niyyətindədir və Kepa hazırda əsas qapıçı olan David Raya ilə birbaşa mübarizəyə girişməyə hazırdır.
Transfer rəsmiləşəcəyi təqdirdə, Kepa "Arsenal"ın bu yay heyətinə qatdığı ilk qapıçı olacaq.
© Copyright 2025, All Rights Reserved