Sabiq "Çelsi"li futbolçu zabit oldu

"Çelsi" və Fransa Milli Komandasının keçmiş oyunçusu Florent Maluda, futbol karyerasını bitirdikdən 7 il sonra Guyana ordusuna qoşulduğunu açıqladı.
90plus.az xəbər verir ki, Maluda, 3-cü Xarici Piyada Alayına qatıldığını və orduda zabit olaraq xidmət edəcəyini bildirdi.
Rəsmi açıqlama:
Guyana ordusunun verdiyi açıqlamada, "3-cü Xarici Piyada Alayı, Bay Florent Maludanı zabit olaraq vətəndaş ehtiyatlarına qəbul edir" deyilib. Həmçinin, "Beynəlxalq futbolda möhtəşəm bir karyeranın ardından, Guyanalı gənclərə bağlılıq dəyərlərini paylaşmağa və ötürməyə həvəsli" ifadələri yer alıb.
© Copyright 2025, All Rights Reserved