Sabiq "Fənərbağça"lı Mahir Emrelinin komanda yoldaşı oldu
Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Almaniyanın “Kayzerslautern” klubu qış transfer pəncərəsinin son günündə heyətinə yeni futbolçu əlavə edib.
90plus.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi “Hoffenhaym”dan hücumçu Merqim Berişanı sıralarına qatıb. 28 yaşlı alman forvardla bağlanan müqavilənin müddəti və şərtləri ictimaiyyətə açıqlanmayıb.
Merqim Berişa peşəkar karyerası boyunca Avstriyada “Zalsburq”, Türkiyədə “Fənərbağça”, Almaniyada isə “Hoffenhaym”la yanaşı “Auqsburq” klublarında da çıxış edib.
© Copyright 2026, All Rights Reserved