Sabiq futbolçu: "Martinez psixiatra görünsün”
Dünya və Avropa çempionu Emmanuel Petit PSJ ilə matçdan əvvəl kepkası ilə gündəmə gələn “Aston Villa”nın qapıçısı Emiliano Martinez haqda danışıb.
90plus.az xəbər verir ki, PSJ-nin səfərdə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Aston Villa"nın qonağı olmasından öncə sabiq futbolçu Martinez haqda sərt fikirlər söyləyib:
”Təəssüf ki, Martinez hər dəfə davranışı ilə qıcıqlandırır. O, dünyanın ən yaxşı qapıçılardan biri hesab olunur, amma hərəkətləri çıxışını kölgədə qoyur.
Emilianonun kasıb ailədə böyüdüyünə və keçdiyi yola baxanda düşünürsən ki, yəqin ki, həyat ona təvazökarlığı öyrədib. Ancaq yox, o, heç nə öyrənmir. Martinez terapiya kursu keçməlidir”.
Getdiyi hər yerdə davranışının acınacaqlı mənzərəsini buraxır".
📰: RMC Sport
© Copyright 2025, All Rights Reserved