Sabiq gürcü futbolçu prezidentliyə namizəd oldu

Gürcüstan millisinin sabiq futbolçusu Mixail Kavelaşvili ölkə prezidentliyinə namizəd olub.
90plus.az xəbər verir ki, bunu “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili açıqlayıb.
O bildirib ki, 53 yaşlı futbol veteranı Gürcüstan prezidentliyinə namizəd irəli sürülüb. Bu vəzifəyə seçkilər dekabrın 14-də keçiriləcək.
Qeyd: Karyerası ərzində Tbilisi “Dinamo”sunda 6 dəfə Gürcüstan, həmyerlimiz Nazim Süleymanovla birlikdə “Alaniya”da 1 dəfə Rusiya, “Qrasshoppers”lə 1 dəfə İsveçrə çempionu olan sabiq hücumçu “Mançester Siti”nin də formasını geyinib. O, Gürcüstan millisində 46 oyunda 9 qola imza atıb.
© Copyright 2025, All Rights Reserved