Sabiq klub prezidenti intiharla bağlı video yaydı, ölü tapıldı

Keçmiş klub prezidenti Xanbaba Daşdı İstanbulda ölü tapılıb.
90plus.az xəbər verir ki, keçmiş “Şahdağ Quba” futbol klubunun prezidenti Xanbaba Daşdının meyiti Türkiyədə – İstanbul şəhərində aşkarlanıb. Mərhumun yaxınlarının verdiyi məlumata görə, ölüm faktı artıq təsdiqlənib.
Xanbaba Daşdının hansı şəraitdə həyatını itirdiyi hələ ki, rəsmi olaraq açıqlanmayıb. Lakin hadisədən təxminən 10 saat əvvəl onun şəxsi sosial media hesabında paylaşdığı video cəmiyyətdə böyük rezonans doğurub. Həmin görüntülərdə Daşdı özünü öldürəcəyinə dair açıq mesajlar vermiş və bu addımı atmaq niyyətində olduğunu bildirmişdi.
Hazırda Türkiyə hüquq-mühafizə orqanları tərəfindən ölüm hadisəsi ilə bağlı araşdırma aparılır. İntihar ehtimalı istisna edilmir.
Qeyd: Xanbaba Daşdı bir müddət Azərbaycan futbolunda klub rəhbəri kimi fəaliyyət göstərmiş və “Şahdağ Quba”nın prezidenti olmuşdu. Onun son illərdəki şəxsi həyatı və psixoloji vəziyyəti barədə ictimaiyyətə geniş məlumat verilməsə də, bu faciəli hadisə bir çoxlarını sarsıdıb.
© Copyright 2025, All Rights Reserved