Sabiq "Kəpəz"li Kosova klubunda
Ötən mövsümü “Kəpəz”də keçirən Elmir Tağıyevin Qırğızıstanın “Dordoy” klubuna transferi reallaşmayıb.
90plus.az xəbər verir ki, Asiya təmsilçisinə keçidi baş tutmayan yarımmüdafiəçi Azərbaycana geri dönməyib.
25 yaşlı futbolçu Avropada karyerasını davam etdirməyə qərar verib. O, Kosovo çempionatında çıxış edən “Dreniça” klubu ilə müqavilə bağlayıb.
Tağıyev yüksək liqa təmsilçisi ilə mövsümün sonuna qədər razılıq əldə edib və yeni komandasında legioner həyatı yaşayacaq.
© Copyright 2026, All Rights Reserved