Sabiq "Los Anceles Leykers"liyə 100 ay həbs

90plus.az xəbər verir ki, keçən mövsüm Türkiyənin "Merkezefendi Bələdiyyə" Basketbol Klubunda çıxış edən, daha öncə NBA-də forma geyinmiş ABŞ-lı basketbolçu Ben MakLemor haqqında verilmiş cinsi zorakılıq ittihamı ilə bağlı məhkəmə qərarı açıqlanıb.
32 yaşlı basketbolçu 3 oktyabr 2021-ci ildə ABŞ-da keçirilən bir tədbirdə 21 yaşlı bir qadına cinsi zorakılıq etməkdə təqsirli bilinib. Hadisə ABŞ-ın Oregon ştatının Klakamas dairəsində baş verib və məsələ ilə bağlı məhkəmə prosesi bu yaxınlarda başa çatıb.
Hakim qərarına əsasən, MakLemor birinci dərəcəli təcavüz və cinsi istismar maddələri üzrə günahkar bilinib. Məhkəmə ona 100 ay (təxminən 8 il 4 ay) müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
Hadisənin baş verdiyi dövrdə MakLemor NBA-nin "Portland Treyl Bleyzers" klubunun heyətində çıxış edirdi. O, həmçinin karyerası ərzində "Memfis Qrizliz", "Hyuston Rokets" və "Los Anceles Leykers" kimi klublarda da forma geyinmişdi.
İddiaları əvvəllər rədd edən MakLemor, daha sonra irəli sürülmüş dörd ittihamdan üçünü qəbul edib.
© Copyright 2025, All Rights Reserved