Sabiq "Mançester Yunayted"li Braziliya klubuna gedir
İngiltərə millisinin sabiq üzvü Cesse Linqard karyerasını yeni komandada davam etdirəcək.
90plus.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi fəaliyyətini Braziliyada davam etdirməyə qərar verib.
O, A Seriyasında mübarizə aparan "Korintians"la razılığa gəlib. Tərəflər arasında 1+1 illik müqavilənin imzalanması nəzərdə tutulur.
33 yaşlı futbolçunun son klubu Cənubi Koreya təmsilçisi "Seul" olub.
© Copyright 2026, All Rights Reserved