Luiş Nani deputat ola bilər

"Mançester Yunayted" klubunun keçmiş futbolçusu, portuqaliyalı ulduz Luiş Nani ölkəsində siyasi fəaliyyətə başlayır.
90plus.az xəbər verir ki, uzun illər peşəkar futbolçu kimi çıxış edən Nani artıq siyasi səhnədə daha fəal rol almağa qərar verib. O, Portuqaliyada "Kommunist Partiyası"nın liderlik etdiyi "Demokratik Koalisiya"ya dəstəyini bəyan edib.
Təcrübəli futbolçu 18 mayda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edərək, parlamentdə yer qazana bilər.
📰: L'Équipe
Qeyd: Luis Nani futbol karyerası ərzində "Mançester Yunayted", "Valensiya", "Latsio", "Orlando Siti" və "Fənərbağça" kimi klublarda çıxış edib və təxminən 20 mövsüm peşəkar səviyyədə futbol oynayıb.
© Copyright 2025, All Rights Reserved