Sabiq "şəhərli" Qvardiolanın komandasına qoşuldu
                            
                        
                            
                                Kolo Ture Pep Qvardiolanın məşqçilər korpusuna daxil olub.
90plus.az xəbər verir ki, "Mançester Siti" 44 yaşlı mütəxəssisin baş məşqçinin köməkçisi vəzifəsinə gətirildiyini rəsmi şəkildə bəyan edib.
Ture 2009–2013-cü illər arasında "şəhərlilər"in formasını geyinib və bu müddətdə komanda ilə İngiltərə çempionluğu, ölkə kuboku və Superkubok qazanıb.
2024-cü ildən etibarən o, "Mançester Siti"nin U-18 komandasının baş məşqçisinə köməkçi kimi fəaliyyət göstərirdi.
Bundan öncə Kolo Ture "Uiqan"ın əsas komandasına başçılıq edib.
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved