Sabiq "Yuve"li xərçəngdən vəfat etdi

"Yuventus"un keçmiş futbolçusu Niko İdalqo 32 yaşında dünyasını dəyişib.
90plus.az xəbər verir ki, sabiq yarımmüdafiəçi 2021-ci ildən ağciyər xərçəngi ilə mübarizə aparırdı.
O, futbolçu karyerasını 2021/2022 mövsümündə İspaniyanın "Estremadura" klubunda başa vurub.
Qeyd: Niko İdalqo 2014-2017-ci illərdə "Yuventus"un heyətində olsa da, İtaliya nəhənginin əsas komandasında meydana çıxmayıb. O, icarə əsasında "Kadis" və "Qranada"nın B komandalarında oynayıb.
Peşəkar karyerası ərzində İdalqo 234 oyunda iştirak edərək 15 qol vurub və 12 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved