Şahmat, Avropa çempionatı: Millimiz 2-ci oldu

Azərbaycan şahmatçıları Avropa çempionatını gümüş medalla başa vurdu ♟️🥈
90plus.az xəbər verir ki, Batumi şəhərində keçirilən Avropa komandalar çempionatı başa çatıb. Turnirdə Azərbaycan kişilərdən ibarət yığması yüksək nəticə göstərərək gümüş medala layiq görülüb.
Son turda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət komanda Serbiyaya 1:3 hesabı ilə məğlub olsa da, ümumi xal sayına görə ikinci yeri tutmağı bacarıb. Azərbaycan millisi turniri 13 xalla tamamlayıb.
Çempionluq Ukrayna yığmasına nəsib olub, Serbiya isə bürünc medal qazanıb.
Qadınlardan ibarət Azərbaycan millisi isə son turda Polşaya 1,5:2,5 hesabı ilə uduzub. Komanda yarışın mükafatçıları sırasına düşə bilməyib.
© Copyright 2025, All Rights Reserved