Şahruddin Arda Turanın komandasına doğru…
Azərbaycan futbol millimizin qapıçısı, Türkiyə Super Liqasının "Adana Demirspor" klubundan ayrılan Şahruddin Məhəmmədəliyev "Sabah" və "Neftçi"dən gələn təklifləri qəbul etməyib.
90plus.az xəbər verir ki, qapıçının meneceri bu məlumatı paylaşıb. Qeyd edib ki, Şahruddin Azərbaycana qayıtsa belə, "Neftçi" və "Sabah" seçimi olamayacaq.
Qeyd:Türkiyə Super Liqasına yüksələn "Eyüpspor" klubu Şahruddin Məhəmmədəliyevə təklif göndərib.
© Copyright 2026, All Rights Reserved