Şahruddin əməliyyat olundu!
Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Almaniyada cərrahi əməliyyat olunub.
90plus.az xəbər verir ki, millinin rəsmi İnstagram səhifəsi belə məlumat yayıb. 31 yaşlı qolkiper bu gün Almaniyanın Plattlinq şəhərində sol bud oynağından əməliyyat keçirib. Müdaxilənin uğurla başa çatdığı bildirilir.
Qeyd olunur ki, futbolçunun əməliyyat və sonrakı müalicə xərcləri AFFA tərəfindən ödənilib.
© Copyright 2025, All Rights Reserved