Şahruddin ən yaxşı qapıçılar arasında - SİYAHI

Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində ən çox seyvlər edən qapıçılar arasında yer alıb.
90plus.az xəbər verir ki, bu barədə UEFA-nın statistik məlumatlarında əks olunub.
Belə ki, millimizin əsas qapıçısı D qrupunda baş tutan bütün qarşılaşmalarda iştirak edib və ümumilikdə 19 dəfə rəqibin qol vurmasına imkan verməyib. Bu göstərici ilə Şahruddin 82 qapıçı arasında 11-12-ci yerləri bölüşür.
Siyahıya 34 qurtarışla San-Marino millisinin qapıçısı Edoardo Kolombo liderlik edir. Lixtenşteyn təmsilçisi Benyamin Bühel 30 seyv ilə ikinci, Andorra yığmasından İker Alvares isə 26 qurtarışla üçüncü pillədə qərarlaşıb.
Qeyd: Azərbaycan millisi bu günə qədər seçmə mərhələ çərçivəsində dörd oyuna çıxıb, həmin matçlarda 2 qol vurub və 11 top buraxıb.
© Copyright 2025, All Rights Reserved