Salah Bodrumda! Axşam yeməyi 3min avro…

Tətil üçün Türkiyəni seçən “Liverpul”un misirli ulduzu Məhəmməd Salahın Bodrumda bir balıq restoranında ödədiyi hesabla sosial mediada geniş müzakirələrə səbəb olub.
90plus.az xəbər verir ki, Premyer Liqada bir daha bombardir olaraq adını tarixə yazdıran Salah mövsümün yorğunluğunu çıxarmaq üçün üzünü Türkiyəyə tutub. “Liverpul”un ulduz futbolçusu tətil üçün Bodrumu seçib. Həftəlik 480 min funt-sterlinq (təxminən 26 milyon türk lirəsi) qazanan misirli superulduz, dostları ilə birlikdə Gümüşlükdəki bir balıq restoranında görüntülənib.
Habertürkün məlumatına görə, yeddi nəfərlik dost qrupu ilə axşam yeməyi yeyən Salah 60 min TL-lik (təxminən 3 min avro) hesabı tərəddüdsüz şəkildə özü ödəyib.
Restorandan çıxarkən jurnalistlərin görüntüləməsinə gülümsəyərək reaksiya verən ulduz futbolçu, “Sadəcə istirahət üçün gəlmişəm, izninizlə” deyərək səmimi davranışı ilə diqqət çəkib.
Gecənin irəliləyən saatlarında Salah əyləncəyə Yalıkavakdakı bir gecə klubunda davam edib. Burada da azarkeşlərin böyük marağı ilə qarşılaşıb.
“Liverpul”la müqaviləsini 2027-ci ilə qədər uzadan və bu razılaşmadan 50 milyon avro gəlir əldə edən Salah 2024/25 mövsümünü 29 qolla tamamlayaraq Premyer Liqada dördüncü dəfə “Qızıl buts” mükafatını qazanıb. Bu uğurla o, fransız əfsanəsi Tyerri Anri ilə bu sahədə bərabərləşib.
Bütün bu uğurlar fonunda “Qızıl top” namizədləri arasında göstərilən Salah hazırda formasını bir kənara qoyaraq Bodrumun günəşi və ləzzətli masalarından zövq alır.
Bir neçə gün əvvəl Bundesliqadan Premyer Liqaya transfer olunan Jeremi Frimpongun Bodrumda bir gecədə 600 min TL xərclədiyi xəbərlərindən sonra Salahın nisbətən “təvazökar” sayılan 60 min TL-lik xərci sosial mediada zarafatlı şərhlərlə qarşılanıb.
© Copyright 2025, All Rights Reserved