Salahın “Liverpul” taleyi haqda son məlumat var
Bu həftənin əvvəlində Misir millisinin qapıçısı Əhməd Əl-Şənavi Məhəmməd Salahın yayda yenidən “Liverpul”a qayıda biləcəyini iddia etmişdi.
90plus.az xəbər verir ki, jurnalist Ben Ceykobs isə bu açıqlamaların ən azı “Liverpul” tərəfi üçün reallığı əks etdirmədiyini yazır.
“Liverpul”un Məhəmməd Salahı komandada saxlamaq planı yoxdur. Misirli qapıçı Əhməd Əl-Şənavinin “hər şey dəyişə bilər” sözlərinə baxmayaraq, klubun mövqeyi fərqlidir”, – deyə Ceykobs sosial şəbəkədə yazıb.
Məlumatda qeyd olunur ki, Andoni İraolanın baş məşqçi təyin edilməsi “Liverpul”un yenidən yüksək tempə və intensiv pressinqə əsaslanan futbol üslubuna qayıtmaq istədiyini göstərir. Bu səbəbdən 33 yaşlı Məhəmməd Salahın həmin sistem üçün ən uyğun seçim olmadığı düşünülür.
© Copyright 2026, All Rights Reserved