"Şamaxı" onu heyətinə qatdı
"Şamaxı" klubu daha bir oyunçunu transfer edib.
90plus.az xəbər verir ki, klub qapıçı Kamal Bayramovu komandasına qatıb. Oyunçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd: Bölgə təmsilçisi bundan əvvəl Rauf Rüstəmli, Rüfət Abbasov, Belajdi Pusi, Brahim Konate, Georgi Kantariyanı, Adil Nağıyev, Rafael Məhərrəmli və İlkin Muradovu heyətinə qatıb.
Mənbə: "Şamaxı" klubunun media hesabı
© Copyright 2026, All Rights Reserved