"Şamaxı" Sumqayıtdan 3 xalla qayıdır
Azərbaycan Premyer Liqasında XXIV turun növbəti qarşılaşması baş tutub.
90plus.az xəbər verir ki, günün ikinci matçında “Sumqayıt” doğma meydanda “Şamaxı” ilə üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.
Matçda vurulan qola keçid etmək üçün bu cümləyə klik edin
Bu qələbədən sonra xallarının sayını 30-a çatdıran “Şamaxı” turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. “Sumqayıt” isə 32 xalla 6-cı sırada yer alır.
Turun ilk qarşılaşmasında isə “Araz-Naxçıvan” “Karvan-Yevlax” üzərində 2:1 hesablı qələbə qazanıb.
Qeyd: Azərbaycan Premyer Liqasında XXIV tura martın 15-də yekun vurulacaq.
© Copyright 2026, All Rights Reserved