San Marinodan "Man Siti"yə atmaca: "Bizə qarşı oynayın"
San Marino millisi ardıcıl məğlubiyyətləri sıralayan İngiltərənin "Mançester Siti" klubunu məsxərəyə qoyub.
90plus.az xəbər verir ki, yığma komanda "X" sosial şəbəkə hesabında "şəhərlilər"ə müraciət ünvanlayıb.
"Salam. Zəhmət olmasa bizə qarşı oynayın. Sizi məğlub edə biləcəyimizi düşünürük”, - deyə müraciətdə bildirilib.
© Copyright 2026, All Rights Reserved