“Səbail”ə yeni legioner gəldi

“Səbail” yeni yarımmüdafiəçi ilə gücləndi.
90plus.az xəbər verir ki, 2025/26 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubun media xidmətindən verilən məlumata görə, paytaxt təmsilçisi malili yarımmüdafiəçi Momo Sako ilə müqavilə imzalayıb.
23 yaşlı futbolçu son olaraq Portuqaliyanın “Vilaverdense” klubunda çıxış edib. O, “Səbail”də 1 illik sözləşməyə qol çəkib və komandanın oyunlarında 5 nömrəli forma ilə meydana çıxacaq.
© Copyright 2025, All Rights Reserved