"Səbail"in futbolçusu bölgə klubuna keçdi
"Şahdağ Qusar" qış "transfer pəncərəsi" dövründə heyətini "Səbail"in yetirməsi Ədilxan Qarəhmədovla gücləndirib.
90plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qusar təmsilçisi futbolçunu "Şəfa" klubundan icarəyə götürüb. 25 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər "Şahdağ Qusar"ın uğurları üçün meydanda olacaq.
Qeyd: Ədilxan Qarəhmədov 2024/2025 mövsümündə "Şahdağ Qusar"ın heyətində Azərbaycan II Liqasının qalibi olub.
© Copyright 2026, All Rights Reserved