Semedo qəza keçirdi - "Fənərbağça"dan açıqlama
"Fənərbağça" klubu portuqaliyalı futbolçusu Nelson Semedonun həyat yoldaşı Marleno Semedonun yol-nəqliyyat hadisəsi keçirdiyini açıqlayıb.
90plus.az xəbər verir ki, “Sarı-göylər”in rəsmi açıqlamasında bildirilib ki, futbolçunun xanımının keçirdiyi qəza xəbəri təəssüf hissi ilə qarşılanıb.
Klubun bəyanatında deyilir:
“Futbolçumuz Nelson Semedonun həyat yoldaşı Marleno Semedonun keçirdiyi yol-nəqliyyat hadisəsini təəssüflə öyrənmişik. Ona və ailəsinə keçmiş olsun diləklərimizi çatdırırıq.”
Qeyd: Hadisənin detalları ilə bağlı əlavə məlumat verilməyib.
© Copyright 2026, All Rights Reserved