Semenyo GƏLİR, Oskar Bobb GEDİR
Fabrizio Romano deyir ki, Oskar Bobb yanvar ayında “Mançester Siti”dən ayrıla bilər. Bu, klubun “Bornmut”un cinah oyunçusu Antuan Semenyo ilə transferi yekunlaşdıracağı təqdirdə baş verə bilər.
90plus.az xəbər verir ki, Romano sosial şəbəkədə belə yazıb:
“Anladığımız qədərilə, Oskar Bobb yanvarda ‘Mançester Siti’dən ayrıla bilər. Əgər Semenyo transferi tamamlanarsa, Bobb gedişini ciddi şəkildə düşünəcək.”
Məlumata görə, artıq bir neçə klub 22 yaşlı vingerlə bağlı təmaslara başlayıb. Onların arasında son həftələrdə “Borussiya Dortmund” da yer alır.
Norveç millisinin üzvü olan Bobb klub daxilində texniki keyfiyyətləri və çoxfunksiyalılığı ilə yüksək qiymətləndirilsə də, Pep Qvardiolanın hücum xəttindəki sərt rəqabət və ardıcıl zədələr onun müntəzəm oynamaq şansını azaldıb.
🔎 Qeyd: 2024/25 mövsümünün əvvəlində aldığı ciddi ayaq sınığı Bobbu mövsümün böyük hissəsində meydanlardan uzaq salmışdı. Daha sonra isə hamstring zədəsi səbəbindən Liqa Kubokunda “Brentford”a qarşı 1/4 final matçında oyunu yarımçıq tərk etmək məcburiyyətində qalıb.
“Mançester Siti”nin hücum xəttini daim gücləndirməsi və əsas ulduzların geri dönüşü fonunda akademiya yetirməsi olan Bobb üçün sabit oyun vaxtı əldə etmək çətin olaraq qalır.
© Copyright 2026, All Rights Reserved