Seneqalın baş məşqçisi kuboku hərbi bazaya apardı
Seneqal millisinin baş məşqçisi kuboku hərbi bazaya apardı – AFCON qalmaqalı davam edir.
90plus.az xəbər verir ki, Seneqal millisinin baş məşqçisi Afrika Millətlər Kubokunun qalmaqallı finalından sonra kuboku ölkənin hərbi bazasına aparıb. Kubok hazırda hərbi düşərgənin mərkəzində yerləşdirilib və xüsusi mühafizə altında saxlanılır.
Məlumata görə, Seneqal tərəfi kubokun onlara məxsus olduğunu hesab edir və bu səbəbdən kubok hərbi bazada qorunur. Sosial şəbəkələrdə yayılan görüntülərdə kubokun hərbçilərin nəzarəti altında saxlanıldığı görünür.
VİDEO: https://t.me/doxsanplus/115500
Xatırlatma: Afrika Futbol Konfederasiyasının qərarına əsasən, final zamanı etiraz olaraq meydanı tərk etdikləri üçün Seneqal millisi çempionluqdan məhrum edilib.
Rəsmi qərara görə, Afrika Millətlər Kuboku 2025-in qalibi Mərakeş millisi elan olunub.
Bu qərar Seneqalda böyük narazılığa səbəb olub və ölkə futbol ictimaiyyəti qərarı ədalətsiz hesab edir. Qalmaqalın yaxın günlərdə daha da böyüyəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved