Sergen Yalçın: “Mənə 2-3 transfer pəncərəsi lazımdır”
Sergen Yalçın: “Bu problemlər bir günün işi deyil, bizə vaxt və səbir lazımdır” 🗣
90plus.az xəbər verir ki, “Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın komandasının son durumu və klubdakı çətinliklər barədə danışıb. Təcrübəli mütəxəssis “beIN Sports”a açıqlamasında klubun illərdir yığılan problemlərini qısa zamanda aradan qaldırmağın mümkün olmadığını bildirib.
🎙 Sergen Yalçın: “Bizə vaxt lazımdır. Bura böyük bir klubdur, buna görə də bizə nə qədər vaxt verəcəklər, bilmirəm. “Beşiktaş”ın yaşadığı problemlər bu günün problemi deyil, buna görə də sabah dərhal həll edilə bilməz. Bu, son 4-5 ilin problemidir. Bu problemləri həll edə bilərəm, amma dediyim kimi, vaxt lazımdır, səbir lazımdır.
Bura problemləri həll etməyə gəlmişəm. Bu problemləri həll edəcək bilik və təcrübəyə sahib olduğumu düşünürəm. Amma bu, bu gün olmayacaq. Minimum 2-3 transfer pəncərəsi lazımdır. İnanın, çox çalışırıq. Asan deyil.”
“Beşiktaş” son olaraq “Kasımpaşa” ilə 1:1 hesablı heç-heçə edib və Super Liqada 4-cü pillədə qərarlaşıb. Yalçının rəhbərliyi altında komanda hələ də sabit oyun ritmini tapa bilmir, lakin baş məşqçi uzunmüddətli planla vəziyyəti düzəltməyə çalışır.
© Copyright 2025, All Rights Reserved