Sergen Yalçın sərt açıqlama verdi
“Beşiktaş” – “Trabzonspor” matçından sonra Sergen Yalçından sərt açıqlama gəldi.
90plus.az xəbər verir ki, “Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın Super Liqanın növbəti turunda “Trabzonspor”la 3:3 hesabı ilə başa çatan oyundan sonra hakim qərarlarını kəskin tənqid edib.
Matçın gedişində “Beşiktaş” öndə olduğu vaxt qırmızı vərəqə ilə azlıqda qalan İstanbul təmsilçisinin çalışdırıcısı baş verənləri “teatr” adlandırıb:
🗣 Sergen Yalçın:
“Sanki bir teatr səhnəsi idi. İlk 5 dəqiqədə 2 sarı vərəqə göstərildi. Futbolçular ikili mübarizəyə girə bilmirlər, çünki hakim kimisə oyundan atacaq qorxusu var. Nə deyim? Ağlımdan keçənləri desəm, cəza alaram.
Bu, qurulmuş bir oyundur. Bu gün futbol yox, teatr oynandı. Zərbə yoxdur, şiddət yoxdur. Rəqib futbolçular belə qırmızı vərəqə qərarına təəccübləndi. Mübarizələrinə görə futbolçularıma təşəkkür edirəm.”
Qeyd: Xallarını bölüşən “Beşiktaş” hazırda turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved