Sesk Fabreqas: “10 nömrə artıq yox olur”
Sesk Fabreqas: “Müasir futbolda 10 nömrə artıq yox olur”.
90plus.az xəbər verir ki, “Komo” klubunun 38 yaşlı ispan baş məşqçisi Sesk Fabreqas müasir futbolda yaradıcı hücumçu rolunun arxa plana keçdiyini deyib.
Keçmiş dünya çempionu ənənəvi 10 nömrə tipinin indiki futbolda qiymətləndirilmədiyini vurğulayıb:
“10 nömrə mövqeyi artıq yox olur. Mesut Özil və ya Xames Rodriges kimi keyfiyyətli oyunçular bu gün baş məşqçilərin diqqətini çəkmir. Onlar möhtəşəm ötürmələrlə oyunun qapısını aça bilirlər, amma artıq məşqçilər daha disiplinli və stabil komanda quruluşuna üstünlük verirlər.
Konte “Çelsi”yə gələndə müasir futbolun nəyə çevrildiyini anlamağa başladım: çox qaçmaq, bölünmüş məşqlər, tamamilə robot kimi çalışma…
İnanmırdım. Şok olmuşdum, çünki mən həmişə yaradıcılıqla oynayan futbolçu olmuşam. Mənim üçün yaradıcılıq futbolun ən gözəl sənətidir.”
Fabreqas həm futbolçu, həm də gənc məşqçi kimi yorucu fiziki tələblərlə yaradıcı azadlıq arasında balansın getdikcə itməsindən narahat olduğunu bildirib.
© Copyright 2025, All Rights Reserved