Şeşkonun agenti “Arsenal” iddialarına cavab verdi

“Yalnız xüsusi bir klub üçün ayrılacaq”: Benjamin Şeşkonun agenti “Arsenal” iddialarına aydınlıq gətirdi.
90plus.az xəbər verir ki, “Leypsiq”in hücumçusu Benjamin Şeşko ilə bağlı transfer mövzusu hələ də azarkeşlərin maraq dairəsində qalır. Xəbərlərə görə, “Arsenal” gənc hücumçunu transfer etmək üçün aktiv danışıqlar aparır.
Bu iddialara Şeşkonun agenti Elvis Basanoviç “GIVEMESPORT”a verdiyi eksklüziv müsahibədə aydınlıq gətirib.
Agent bildirib ki, Şeşko heç bir digər hücumçu, o cümlədən Viktor Gyökeres ilə rəqabət aparmır. Onun əsas diqqəti öz inkişafına yönəlib:
“Bu, hər gün onun özü ilə mübarizəsidir. Gələcək üçün dəqiq planımız var və mediada yazılanlar bizi təsirləndirmir”.
Agent Şeşko bu yay “Leypsiq”dən ayrılmaq ehtimalına da toxunub və qərarın “xüsusi klub, xüsusi layihə və xüsusi baş məşqçi” tapıldığı təqdirdə veriləcəyini bildirib.
"Arsenal" üçün “Leypsiq”in qiymətini aşağı salmağa çalışdıqları ilə bağlı yayılan iddiaları təkzib edən Basanoviç deyib:
“Biz ‘Leypsiq’ klubuna hörmət edirik və əminəm ki, növbəti addım üçün qərar verdiyimiz anda onlar da bizim qərarımıza hörmətlə yanaşacaqlar”.
Şeşkonun nə vaxt klubdan ayrılacağı ilə bağlı konkret məlumat verməyən agent sadəcə belə deyib:
“Bu, gələn həftə də ola bilər… gələn il də, 3 ildən sonra da!”
O əlavə edib ki, əsas məsələ bu ayrılığın düzgün və hörmətli şəkildə baş verməsidir. Çünki bu, Şeşkonun gələcək klubuna gətirəcəyi dəyərlərin göstəricisi olacaq.
Mediada belə deyilir: "Arsenal" sloveniyalı futbolçu üçün transfer təklifi etməyə hazırlaşır və onun dəyərinin 80–100 milyon avro arasında olacağı təxmin edilir.
© Copyright 2025, All Rights Reserved